Ümummilli Liderin anım günü ilə bağlı fləşmob təqdim edilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən dekabrın 12–də Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib.
“İNFONEWS” – a Komitədən verilən məlumatına görə, fləşmobda işğaldan azad olunmuş ərazilərdə daimi məskunlaşmış və Bakı şəhərində yerləşən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrin müxtəlif yaş, cins və peşə kateqoriyalarından olan 1000-dən çox sakini iştirak edib.
Videoçarxda Ümummilli Lider Heydər Əliyevin soydaşlarımızla görüşlərindən olan görüntülər yer alıb.