İnsan beyni- Koqnitiv davranış! – NÖVBƏTİ SƏNAYE İNQİLABINA DOĞRU
“İNFONEWS” – un “NÖVBƏTİ SƏNAYE İNQİLABINA DOĞRU” layihəsi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnklüziv Təhsil Mərkəzinin mütəxəssisi, muəllimə, tədqiqatçı-ekspert Aysel Qaragözovanın təqdimatında növbəti buraxılışını təqdim edir:
IV Sənaye İnqilabının əsas məhsulu: İNSAN BEYNİ – KOQNİTİV DAVRANIŞ!
İnsanın koqnitiv davranışları, şəxsin düşünmə, anlama, öyrənmə, xatırlama və problem həll etmə kimi zihni proseslərini əhatə edir. Kognitiv davranışçı perspektivə əsasən, insanların davranışları, düşüncələri və duyğuları arasındakı təsirə əsaslanır. Bu yanaşma, şəxsin daxili proseslərini anlamağa və dəyişməyə çalışmağa istiqamətlənir. İnsanın koqnitiv davranışlarını ümumiləşdirib sistemləşdirsək:
Düşünmə Prosessləri: İnsanlar, problemlərin həllinə, qərar verməyə və məlumatları emal etməyə istiqamətlənmiş müxtəlif düşünmə formalarından istifadə edirlər.
Məntiqi yanaşma: məntiqi düşünmə, məlumatları istifadə edərək nəticə çıxarma prosesini əhatə edir. Bu, mövcud məlumatlardan istifadə edərək yeni məlumatlar yaratmağa nail olmaq deməkdir.
Öyrənmə Prosessləri: İnsanlar ətrafları ilə münasibətdə təcrübələrindən öyrənirlər. Bu öyrənmə prosessləri müşahidə və təcrübəyə əsaslanır.
Yaddaş işlətmə prosessləri: Məlumatların kodlanması, saxlanması və lazımi məqamda geri çağrılması (xatırlanılması) kimi yaddaş prosessləri, koqnitiv davranışların əsas hissəsini təşkil edir.
Dil və Kommunikasiya: Bildiyimiz kimi, dil düşüncələrin ifadə olunması və kommunikasiya üçün əsas vasitədir. Dilin vasitəsilə insan kompleks düşünmə prosesslərini ifadə edə bilir. İnsanlar müstəqil bir varlıq kimi duyğusal vəziyyətlərini ifadə etmək üçün sözlə və ya sözsüz kommunikasiya yolu ilə özlərini istifadə edirlər.
Duyğu və Motivasiya: Duyğular, şəxsin müstəqil olaraq çevrə ilə münasibətdə olduğu zaman yaranan hissi təcrübələrdir. Öz növbəsində duyğusal prosesslər, düşünmə və davranışlara təsir edir. Davranışları nizamlamağa nail olan motivasiya, daxili və xarici faktorların birləşməsindən meydana gəlir.
Problem Həll etmə və Qərar Vermə: İnsanlar, qarşılaşdıqları çətinlikləri aşmaq üçün problem həll etmə bacarıqlarından istifadə edirlər. Qərar vermə prossesi- alternativləri qiymətləndirmə, nəticə çıxarma və son olaraq uyğun seçim etmə prosesidir.
Zaman və Məkan Prosessləri: İnsanlar keçmiş, indi və gələcək arasındakı əlaqəni anlamaq üçün zaman məvhumundan istifadə edirlər. Məkan anlamı isə, obyektlər arasındakı əlaqələri anlamağa kömək edir.
Bu elementlər, insanların qarışıq koqnitiv proseslərini ətraflı şəkildə anlamağa nail olmaq üçün fərqləndirilir. Koqnitiv davranışların öyrənilməsi, insanların düşünmə proseslərini, öyrənməni və duyğusal təcrübələri daha yaxşı idarə etmələrini və başa düşmələrini təmin edə bilər.