Moskvada Rusiyanın İrandakı keçmiş baş konsulu Konstantin Alekseyevin meyiti tapılıb.
“İNFONEWS”-ün məlumatına görə, diplomatın cəsədini onun həyat yoldaşı Vernaya küçəsindəki evdə aşkar edib. Hazırda Alekseyevin ölüm səbəbləri araşdırılır.
Qeyd edək ki, Konstantin Alekseyev 2015-2019-cu illərdə Rusiya Federasiyasının İranın Rəşt şəhərində baş konsulu vəzifəsində çalışıb. Bundan əvvəl o, Rusiyanın İrandakı səfirliyinin nazir müşaviri vəzifəsində xidmət edib. Həmçinin Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentində işləyib.