Qəzza zolağında ölənlərin sayı 15,5 min nəfəri keçib.
“İNFONEWS” xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi bildirib.
Məlumata əsasən, ölənlərin sayı 15 523-ə yüksəlib, 41 316-dan çox insan yaralanıb.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.