İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi hər keçən gün müasirləşir
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində orta məktəb şagirdləri üçün növbəti infotur təşkil edilib.
“İNFONEWS” – a verilən məlumata görə, şagirdlər müxtəlif peşələrin iş prinsipi, emalatxanaları və istehsal edilmiş məhsullarla tanış olublar. Mərkəzin istehsalat təlimi ustaları emalatxanalarda şagirdlərə ustad dərslər keçiblər.
Qeyd edək ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi 2023-cü ilin yanvar ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müvafiq əmri ilə publik hüquqi şəxsə çevrilmişdir.