Ermənistanın Azərbaycana qarşı mina təhlükəsinə son qoyulmalıdır.
“İNFONEWS” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.
Qeyd edilib ki, bu gün Ağdam rayonunda mina partlaması nəticəsində minaaxtaran şəxs xəsarət alıb:
“2020-ci ildəki müharibənin sonundan bəri mina qurbanlarının sayı 338-ə çatıb. Ermənistanın Azərbaycana qarşı mina təhlükəsinə son qoyulmalıdır”.