73 nəfərin diplomu tanınmadı- TKTA-dan noyabr ayı AÇIQLAMASI

73 nəfərin diplomu tanınmadı- TKTA-dan noyabr ayı AÇIQLAMASI

Təhsildə Keyfiyyət Təminatı Agentliyi noyabr ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikasını açıqlayıb.

“İNFONEWS” -un Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) əldə etdiyi məlumatına görə, ötən ay üzrə 360 müraciətçinin 287-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 62, təhsilalma forması üzrə 7, akkreditasiyasız ali təhsil müəssisəsi üzrə 2, digər səbəblər üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 104, Rusiyadan 101, Türkiyədən 75, Gürcüstandan 39, Birləşmiş Krallıqdan 5, digər ölkələrdən isə 36 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 50, iqtisadiyyat üzrə 45, menecment üzrə 21, biznesin idarə edilməsi üzrə 20, beynəlxalq münasibətlər üzrə 16 müraciətçi qeydə alınıb.

Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir