Naxçıvanın Kəngərli rayonunda fərdi yaşayış evində yanğın baş verib.
“İNFONEWS” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayon, Qarabağlar kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Qısa zamanda yanğının söndürülərək daha geniş sahəyə yayılmasına imkan verilməyib.
Hadisə nəticəsində evin tavan hissəsi yanıb.