SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na qoşulub

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın (OGDC) elan edilməsinə həsr olunmuş konfransda iştirak edib.

“İNFONEWS” xəbər verir ki, iqlim dəyişmələri üzrə qlobal çağırışları nəzərə alan və ətraf mühitin mühafizəsini prioritet istiqamət kimi müəyyənləşdirən SOCAR OGDC xartiyasına qoşulduğunu elan edərək neft-qaz əməliyyatları zamanı ekoloji məsələlərə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirib.

Qeyd edək ki, OGDC xartiyası 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfıra nail olma, 2030-cu ilə qədər “Upstream” seqmentində metan emissiyaları üzrə sıfır hədəfinə yaxınlaşma, 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi kimi hədəfləri özündə əks etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir