“Naxçıvansığorta” Şirkəti ləğv edilir, onun portfeli “Atəşgah Sığorta” Şirkətinə ötürülür.
Bu barədə “İNFONEWS”-a sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, şirkətin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən “Atəşgah Sığorta”ya ötürülür.
Bu barədə bu gün səhər saatlarından müştərilərə sms bildirişləri də göndərilir.
Qeyd edək ki, “Naxçıvansığorta” Şirkətinin 100% səhmdarı “Naxçıvan Bank”dır.