“Qocalıq məndən hələ çox uzaqdadır” – Kim Beysinger 70 yaşını qeyd edir

“Qocalıq məndən hələ çox uzaqdadır” – Kim Beysinger 70 yaşını qeyd edir

“İNFONEWS” 

80-ci illərin ən seksual Hollivud aktrisalarından biri olan Kim Beysinger 8 dekabr 1953-cü ildə caz musiqiçisi və rəqqasənin ailəsində anadan olub. Məktəbdə utancaq və sakit qızcığaz olması, daha sonralar onun model kimi çalışmasına, müxtəlif gözəllik yarışmalarına qatılıb, qalib gəlməsinə və uzun illər ən məşhur moda jurnallarının üz qabığında görünməsinə mane olmayıb.

Kim 1976-cı ildə Kimin özünü kino sahəsində sınamasına başlamasına baxmayaraq, rejissorlar onun istedadını dərhal hiss etməyiblər. Beysinger etiraflarında deyib ki, əvvəlcə, onu adi, sıradan bir gözəl qız kimi qəbul ediblər. Get-gedə ümidlərini itirməyə başlayan Kim “Playboy” üçün erotik fotosessiyada yer alıb. Və bundan sonra Kim “Heç vaxt “heç vaxt” demə” filmində Ceyms Bondun sevgilisini oynamağa dəvət edilib.

Aktrisaya məşhurluğu “Doqquz ½ həftə” erotik melodramındakı rolu gətirib. Ümumilikdə, Beysinger 40-dan çox filmdə çəkililib və L.A. Confidential filmində Linn Marqaret Breykenin “Los-Ancelesin sirləri” filmində roluna görə “Oskar” və “Qızıl Qlobus” ödülü alıb. Beysingerin Hollivudun Şöhrət Xiyabanında ulduzu var. 2018-ci ildə ekranlara çıxan “Azadlığın 50 çaları” onun iştirakı ilə sonuncu filmidir.

Beysinger vegetarian və heyvan hüquqları müdafiəçisidir. Beysingerin həyat yoldaşı tanınmış aktyor Alek Bolduinlə “Evlənmək vərdişi” filminin çəkilişlərində tanış olublar. Cütlüyün 1993-2002-ci illərdəki izdivacından Ayrlend adlı bir qızı var ki, 2023-cü ilin may ayında dünyaya Holland adlı övlad gətirərək, ulduz valideynlərini nənə-baba eləyib.

“Mən fikir verirəm ki, insanlar yaşlandıqca tez-tez uşaqlıq xəyallarına qayıtmağa çalışırlar. Məsələn, mən həm yazıçı, həm də müğənni olmaq istəyirdim. Amma hələ də filmlərdə baş rollara dəvət almağa davam edirəm və bu, o deməkdir ki, qocalıq məndən hələ çox uzaqdadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir