Misir qəzetində Azərbaycanın dini, mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair məqalə dərc edilib

Misir qəzetində Azərbaycanın dini, mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair məqalə dərc edilib

“İNFONEWS” xəbər verir.

Misirin “Əl-Masr Əl-Yaum” qəzetində Azərbaycanın dini, mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdılmasından bəhs edən məqalə dərc olunub.

Məqalədə Ermənistanın işğal etdiyi ərazilərdə maddi mədəniyyət abidələrini, məzarlıqları dağıtdığı qeyd edilir. Azərbaycanın tarixi mədəni irsinin ermənilərin hədəfinə çevrildiyi vurğulanır. Diqqətə çatdırılır ki, Ermənistanın işğal etdiyi ərazilərdə İslam abidələrini dağıtması, məbədləri təhqir etməsi beynəlxalq təşkilatların sənədlərində də öz əksini tapıb.

Məqalədə vurğulanır ki, ermənilər bütün insanlıq və humanizm prinsiplərini pozaraq boş qalmış məscidlərdə qəsdən donuz saxlayıb, müsəlman məbədlərini təhqir etməklə bütün İslam aləminə hörmətsizlik göstəriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir