Ötən il 30 mindən çox Ermənistan vətəndaşı Rusiya pasportu alıb
“İNFONEWS” “Trend” -ə istinadən xəbər verir.
2020-ci ildə 31 minə yaxın Ermənistan vətəndaşı Rusiya pasportu alıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyi bildirib. Qeyd olunur ki, 2019-cu ildə bu rəqəm 24 minə bərabər idi.
Ümumilikdə son 3 il ərzində 82 min Ermənistan sakini Rusiya vətəndaşlığı alıb.