Aİ ölkələri milyonlarla koronavirus peyvəndini niyə məhv edib ?
Avropa İttifaqı ölkələri 4 milyard avro dəyərində 215 milyon doza yararsız COVID-19 vaksini məhv edib.
“İNFONEWS” xarici KİV – ə istinadən xəbər verir ki, Brüssel pandemiyanın ən qızğın dövründə – 2021-ci ildə ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” kompaniyaları ilə böyük müqavilələr imzalayaraq tələb olunmayan xeyli sayda vaksin alıb. Lakin sonradan tələbatın azalması və logistika problemləri səbəbindən peyvəndin üçüncü ölkələrə tədarükündə problemlər yaranıb.
Avropa Komissiyası, həmçinin peyvəndlərin klinik sınaqları başa çatmamış onun Avropada istifadəsinə icazə verib. Eyni zamanda, istehsalçılar peyvəndlərin yan təsirləri üzrə hüquqi məsuliyyətdən azad ediliblər.