“Cəza tədbirlərinin sərtləşdirilməsi…” – Rəhman Hümmətov
Bakı-Sumqayıt yolunda avtobuslar üçün nəzərdə tutulmuş xüsusi zolaqdan digər nəqliyyat vasitələrinin istifadə etməməsi üçün cəza tədbirləri sərtləşdiriləcək.
“İNFONEWS” xəbər verir ki, bu barədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında deyib.
“Bu zolağa çıxan digər nəqliyyat vasitələri avtobusların hərəkətinə mane olur. Onların cəzalandırılması üçün tədbirlərin sərtləşdirilməsi imkanını nəzərdən keçiririk. Bu yolda monitorinq üçün avadanlığın quraşdırılması və digər tədbirlərin görülməsi planlaşdırılır. Müvafiq layihə artıq hazırlanıb və yeni qanun tezliklə qüvvəyə minəcək”, – deyə nazir müavini qeyd edib.