ADY: “Qatarların sürət həddi bərpa olunub”
Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının aşağı endirilmiş sürət həddi bərpa olunub.
Bu barədə “İNFONEWS”-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Məlumata görə, sərnişinlərdən bir daha qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.