AZAL Bakı-Naxçıvan reysini təxirə salıb.
“İNFONEWS” xəbər verir ki, buna səbəb Naxçıvan Muxtar Respublikasında hazırda mövcud olan hava şəraitdir.
Bu gün saat 07:00-da Naxçıvana uçmalı olan J2-251 reysi saat 12:30-a kimi təxirə salınıb.
Hava şəraiti ilə əlaqədar olaraq reyslərin qarşıdakı saatlarda da gecikəcəyi istisna deyil.