Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb.
“İNFONEWS” xəbər verir ki, bu barədə qərar Böyük Azərbaycan Partiyası Siyasi Şurasının iclasında qəbul edilib.
Prezidentliyə namizədliyin irəli sürülməsi ilə bağlı sənədlər dekabrın 19-da Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.
Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.