İçərişəhərdə “Dialoq” adlı beynəlxalq sərgi açılıb
İçərişəhərdə Bakı Marionet Teatrının 35 illik yubileyinə həsr olunmuş “Dialoq” adlı beynəlxalq sərgi açılıb.
“İNFONEWS” – un “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsindən əldə etdiyi məlumatına görə, Bakı Fotoqrafiya Evində təşkil olunan sərgidə məşhur gürcü rəssamı, kukla ustası Baçana Xalvaşinin marionet və foto işləri, eləcə də Bakı Marionet Teatrı tərəfindən səhnələşdirilmiş “Leyli və Məcnun” tamaşasının marionetləri və dekorasiyaları nümayiş olunur.
Ümumilikdə Bakı Fotoqrafiya Evində 20 foto və 12 marionet sərgilənir.
Sərgi dekabrın 22-dək ziyarətçilər üçün açıq olacaq.