DİN: “Səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək”

Səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək.

“İNFONEWS”-ün xəbərinə görə, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O qeyd edib ki, Azərbaycanda ictimai asayişin təmin edilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir və seçkilərin keçirilməsinə mane olmaq istəyən qüvvələrin qarşısını almaq üçün zəruri tədbirlər görülür.

“İnzibati ərazilərdə və səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək”, – deyə nazir müavini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir