Azərbaycanda 13 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda 13 nəqliyyat vasitəsi satılıb.

Bu barədə “İNFONEWS”-a Dövlət Xidmətindən bildirilib.

Bu hərraca çıxarılan əmlaklara 75 sifariş qəbul edilib.

Rəqabətli keçən hərracda “Şkoda Superb” markalı avtomobilin start qiyməti 4 250 manat olsa da, son təklif 8 500 manata yüksəlib. Start qiyməti 4 600 manat olan “Nazlifan” markalı nəqliyyat vasitəsi 7 850 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/37CEJ6 linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir