STP Şirkətlər Qrupu: “Sabahın Gücü” inkişaf proqramı davam edir!

STP Şirkətlər Qrupu: “Sabahın Gücü” inkişaf proqramı davam edir!

2024- cü ilin yanvar ayından STP Şirkətlər Qrupu qapılarını yeni təcrübəçilər üçün açaraq, daima üzərində çalışan, yeni biliklər və təcrübəyə yiyələnmək istəyən, ölkəsinə töhfə verəcək potensiallı gənclərin axtarışına başlayır.

“İNFONEWS” xəbər verir ki, bu dəfə daha çox gənc istedadın cəlb edilməsi və onların daha geniş profillər üzrə yetişdirilməsi hədəflənib.

Layihə çərçivəsində iştirakçılar, istehsalatla yaxından tanış olub, nəzəri və praktiki təcrübəyə malik ola biləcəklər. İnkişaf proqramına sənaye, mexanika, kimya və elektrik mühəndisləri, avtomatlaşdırma və informasiya texnologiyaları üzrə mütəxəssislər, texniki peşə sahibləri cəlb olunur.

Onu da qeyd edək ki, 6–12 aylıq müddəti əhatə edən proqram çərçivəsində təşkilatçı tərəfindən təlim keçdikləri müddət ərzində iştirakçılara ödəniş ediləcəkdir.

İnkişaf Proqramının bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi, mövzu hissəsində ixtisasınızı qeyd etməklə, [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Məlumat üçün qeyd edək ki, STP Şirkətlər Qrupunun həyata keçirdiyi İnkişaf Proqramından 2021-2023-cü illər ərzində 200-dən çox gənc istedad faydalanıb. Onların arasında həm mühəndislik, həm texniki ixtisaslar üzrə məzunlar olub. 2024-cü il üçün hədəflər daha iddialı, proqram daha zəngindir. Layihənin məqsədi ölkəmizdə sənaye sektoru üçün mühəndisliyin bir çox istiqamətləri üzrə və texniki sahələrdə ixtisaslı mütəxəssislər yetişdirməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir