Bu gün “Qarabağ”ın Xankəndidə tarixi oyunu baş tutacaq
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
“İNFONEWS” xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Xankəndidə olacaq. Tarixi oyunda “Qarabağ” I Liqa təmsilçisi MOİK-i sınağa çəkəcək.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.
Mərhələnin son oyunu isə Bakıda “Neftçi” və “Qaradağ Lökbatan” komandaları arasında baş tutacaq. “Neftçi Arena”dakı matç saat 18:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qəbələ”, “Səbail” və “Zirə” komandaları 1/4 finala adlayıblar.