“Akademik Ziya Bünyadov 100” – virtual və eyniadlı ənənəvi SƏRGİ

“Akademik Ziya Bünyadov 100” – virtual və eyniadlı ənənəvi SƏRGİ

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun anadan olmasının 100-cü ildönümü tamam olur.

Bu münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Akademik Ziya Bünyadov 100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

“İNFONEWS” – kitabxanadan verilən məlumatına görə, virtual sərgidə Prezident İlham Əliyevin Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı, görkəmli alimlə bağlı fotolar, dövri mətbuat səhifələrində haqqında dərc olunan məqalələr, müəllifi, redaktoru olduğu, tərcümə etdiyi, haqqında yazılan kitablar, Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan və digər dillərdə kitablar nümayiş olunub.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir