Əbu-Dabidə “Heydər Əliyev – 100” ağacəkmə aksiyası baş tutub

Əbu-Dabidə “Heydər Əliyev – 100” ağacəkmə aksiyası baş tutub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev – 100” ağacəkmə aksiyası keçirilib.

“İNFONEWS” – un Diasporla İş üzrə Dövlət Komitəsindən əldə etdiyi məlumatına görə, ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ-dəki koordinatoru Nuranə Hüseynovanın təşkilatçılığı ilə “Old Airport Park” ərazisində baş tutan aksiyada Əbu-Dabi şəhər bələdiyyəsinin rəsmi şəxsləri, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Nuranə Hüseynova aksiya iştirakçılarına Ümummilli Liderin həyat və fəaliyyətindən danışıb.

Sonra aksiya iştirakçıları dahi şəxsiyyətin bir əsrlik yubileyi münasibətilə 100 ağac əkiblər. Həmin ərazidə üzərində “Heydər Əliyev – 100” yazılmış, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən QR-kodlu lövhə quraşdırılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir