Azərbaycan Hindistanda keçiriləcək beynəlxalq turizm sərgisinə qatılacaq.
Azərbaycan gələn il fevralın 8-10-da Hindistanın Mumbay şəhərində keçiriləcək “OTM Mumbai 2024” beynəlxalq turizm sərgisində iştirak edəcək.
“İNFONEWS” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, agentlik artıq bununla bağlı hazırlıqlara başlayıb. “OTM Mumbai 2024” turizm sərgisi “Jio” Dünya Konqres Mərkəzində təşkil ediləcək.
Xatırladaq ki, bu il bu tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin də daxil olduğu ümumilikdə 14 yerli turizm sənayesi nümayəndəsi iştirak edib.