Dağlıq rayonlara qar yağacaq

Dekabrın 23-də gündüzdən 24-ü səhərədək cənub-qərb küləyinin arabir 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

“İNFONEWS” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın rayonlarında dekabrın 23-də gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Quba-Qusar, Şərqi Zəngəzur) intensiv olacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir