Avropa İttifaqı Ukraynaya 500 ədəd elektrik generatoru göndərir.
“İNFONEWS” xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturunu hədəf alması onu çətin vəziyyətə salıb: “Biz enerji təchizatını və həyati əhəmiyyətli xidmətlərin işləməsini təmin etmək üçün Ukraynaya əlavə 500 elektrik generatoru göndəririk ki, bununla da ölkəyə göndərilən elektrik generatorlarının sayı 5500-ə çatır”.