Fransa Prezidenti Emmanuel Makron Hindistana səfər edəcək.
“İNFONEWS” “Reuters“ə istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Hindistanın Respublika Günündə iştirak etmək üçün yanvarın 26-da Hindistanın paytaxtı Yeni Delhiyə səfər edəcək.
Yelisey Sarayından bildirilib ki, Fransa Prezidenti əsas qonaq kimi qarşılanacaq.
Xatırladaq ki, Hindistanın Baş naziri Narendra Modi iyul ayında Fransanın milli bayramında fəxri qonaq qismində iştirak edib.