Ödəniş xidmətləri və ödəniş sistemləri ilə bağlı YENİ RÜSUMLAR
Prezident İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
“İNFONEWS” xəbər verir ki, bununla əlaqədar olaraq “Dövlət rüsumu haqqında” qanuna 22.0.34-2-ci maddə əlavə edilib.
Qanuna əsasən, Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən ödəniş təşkilatı 2 000 manat dövlət rüsumu ödəyəcək.
Bundan başqa, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən elektron pul təşkilatından 3 000 manat, operatordan isə 2 500 manat rüsum alınacaq.