“Sonuncu şam yeməyi” , yoxsa “Sonuncu dərs”
Bir neçə gün öncə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimi Aslan Əzimzadənin sosial şəbəkə hesabındakı paylaşımı redaksiya heyətinin diqqətini çəkdi.
“İNFONEWS” xəbər verir ki, Aslam Əzimzadə məşhur italyan rəssamı Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” freskasını öz tələbələri ilə payız semestrindəki sonuncu dərsində canlandırıb.
Bu gün müasir tədris metodları, davamlı yeniliklərin tədbiqi və keyfiyyətli təhsilin öncülləri sırasında irəliləyən UNEC-də tələbələrin həm beynəlxalq, həm də milli-mədəni dünyagörüşünün zənginləşməsi, gənclərdə milli dəyərlərin aşılanması istiqamətində əhəmiyyətli işlər görülür. Bu da olduqca sevindirici haldır.
Qeyd edək ki, Aslan Əzimzadə 2021-ci ildən UNEC “Beynəlxalq iqtisadiyyat”, 2022-ci ildən isə “İqtisadiyyat” kafedrasının müəllimidir. Çin İqtisadçılar Cəmiyyətinin üzvüdür. UNEC “Bir kəmər – Bir yol” tədqiqat mərkəzinin tədqiqatçısıdır. 2 monoqrafiyanın, 8 elmi məqalənin, 3 tezisin, 9 tədris proqramının müəllifi, Türkiyənin məşhur akademik kaynak elmi tədqiqat saytının yazarıdır. Həmçinin gənc iqtisadçı-ekspert qismində KİV-də onlarla çıxışın müəllifidir.
Sözügedən paylaşımı təqdim edirik:
“The Last Supper or The Last Lesson with my dear students 688”