2024-cü ilin buraxılış imtahanlarının tarixləri AÇIQLANIB

2024-cü ilin buraxılış imtahanlarının tarixləri AÇIQLANIB

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri açıqlanıb.

“İNFONEWS” – un DİM-dən əldə etdiyi məlumatına görə, imtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb. İmtahan cədvəli ilə DİM-in saytında tanış olmaq mümkündür.

İmtahan iştirakçılarının nəzərinə çatdırılır ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində – sentyabr ayında ictimaiyyətə təqdim olunub və DİM-in saytına yerləşdirilib. Buraxılış imtahanı proqramları yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışlarında da dərc olunacaq.

Qeyd edək ki, imtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik yoxdur və 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq.

DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir