Laçında “İslimi” Xalçaçılıq Mərkəzi fəaliyyətə başlayıb

Laçında “İslimi” Xalçaçılıq Mərkəzi fəaliyyətə başlayıb

Laçın şəhərində “İslimi” Xalçaçılıq Mərkəzi açılıb.

“İNFONEWS” AZƏRTAC – a istinadən xəbər verir ki, bu mərkəz Laçının hələ qədimdən məhşur xalçalarının olduğu nəzərə alınaraq yaradılıb. Burada Laçın çeşnilərini özündə əks erdirən xalçaların ərsəyə gətirilməsi ilə yanaşı, həm də sakinlərin məşğulluğu təmin olunacaq.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər.

Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanışlıq olublar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir