Kirkorov “qalmaqallı parti”də iştirakına görə üzr istədi

Kirkorov “qalmaqallı parti”də iştirakına görə üzr istədi

Müğənni Filipp Kirkorov sosial media fenomeni və teleaparıcı Nastasya İvleevanın “qalmaqallı gecəsində” iştirak etdiyi üçün üzr istəyib və səhvini yayımladığı videoçarxda etiraf edib.

“İNFONEWS” Rusiya KİV – ə istinadən xəbər verir ki, sənətçi videomüraciətində “Hər bir insanın həyatında yanlış qapını açdığı məqamlar olur” , – bildirib.

Kirkorovun sözlərinə görə, onu, bu tədbirə dəvət etdikdə, məclisin konsepsiyasından, klubda baş verəcək hadisələrin mahiyyətindən heç bir xəbəri olmayıb. Və o, “beş dəqiqə” klubda olub gedib.

Həmçinin tanınmış müğənni bu etirafı ilə məsuliyyəti başqalarının üzərinə atmaq fikrində olmadığını, xalq artisti kimi daha məsuliyyətli davranmalı olacağını vurğulayıb.

“Mən yalnız xalqımın sənətkarı, ölkəmin vətənpərvər vətəndaşıyam. İndiyəcən heç vaxt iki masada oturmağa çalışmamışam, xalqımdan üz çevirməmişəm və xəyanət etməmişəm”, – Kirkorov deyib.

Həmçinin, müğənni “səhvləri və yanlış hərəkətlərinə səbəbindən yaradıcılığına Rusiyada məhdudiyyət qoyulmasını heç istəmədiyini” bildirib.

Qeyd edək ki, dekabrın 20-də bloger-xanım Nastya İvleevanın “Az qala çılpaq parti” konsepti ilə təşkil edilən və qonaqların “demək olar ki, çılpaq” gəlməsinin istəndiyi tədbir keçirib. Tədbir ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bir ildən artıq və hazırda da davam edən Rusiya – Ukrayna müharibəsidə minlərlə hərbçi cəbhə xəttində vuruşarkən, həm siyasətçilər, həm əsgərlər, həm də vətəndaşlar “Rusiya şou elitasının” bu cür əylənməsinə sərt cavab verilib.

Bir müddət əvvəl Anastasiya İvleeva belə bir gecə məclisinə ev sahibliyi etdiyi üçün üzr istəyib. O, “qalmaqallı parti”nin ikinci günündən əldə edilən qazancın hamısını xeyriyyəçiliyə sərf edəcəyinə söz verib. Həmçinin, İvleeva Rusiyada yaşadığını, şəxsi biznesi ilə məşğul olaraq, heç bir halda kimisə incitmək istəmədiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir