Rəsmilər baş vermiş yanğınla əlaqədar Perinatal Mərkəzdə olublar

Rəsmilər baş vermiş yanğınla əlaqədar Perinatal Mərkəzdə olublar

Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar bir sıra rəsmi şəxslər sözügedən xəstəxanaya baş çəkiblər.

“İNFONEWS” xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, baş prokuror Kamran Əliyev və səhiyyə naziri Teymur Musayev Respublika Perinatal Mərkəzinə gələrək hadisə yerinə baxış keçiriblər.

Qeyd edək ki, yanğın zamanı Mərkəzin “Yenidoğulmuşların İntensiv Terapiya” şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir