Bakıdakı Rus evində “Köhnə Yeni il” tədbiri keçiriləcəkdir

Bakıdakı Rus evində “Köhnə Yeni il” tədbiri keçiriləcəkdir

Yanvarın 12-də Bakıdakı Rus evində Köhnə Yeni ilə həsr olunmuş estrada musiqisi konserti təqdim ediləcək. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rus evi tərəfindən birgə təşkil olunub.

“İNFONEWS” – un Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) əldə etdiyi məlumatına görə, gecədə qonaqlar üçün ötən illərin hər kəs tərəfindən sevilən şlyagerləri, yerli və əcnəbi estradanın müasir vokal və instrumental hitləri səsləndiriləcək. Tamaşaçıları layihənin debütantları və sevilən ifaçılar tərəfindən hazırlanan musiqi sürprizləri gözləyir. Konsert proqramında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, BMA-nın baş müəllimi Lalə Muxtarova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasının artistləri Kamilla İmanova, Fərhad Ələkbərov, Əlyar Əliyev, beynəlxalq müsabiqələr laureatı Emil Malıqin, BMA-nın məzunları Əminat Əhmədova və Nərgiz Məmmədova, eləcə də Cavid Babayev çıxış edəcəklər.

Tədbirin aparıcısı və layihənin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakinadır.

Konsert 19.00-da başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir