Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 138 yeni yoluxma faktı qeydə alınıb, 329 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan INFONEWS-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 230 907 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 760 nəfər müalicə olunaraq sağalıb, 3 153 nəfər vəfat edib, aktiv xəstə sayı 2 994 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 133, ötən müddət ərzində isə ümumilikdə 2 439 718 test aparılıb.