Nazirlər Kabinetinin 28 № li Qərarına dair izah verib.
QurumdanINFONEWS-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın strateji məqsədinə uyğun olaraq nəzərdə tutulmuş tədbirlər, habelə beynəlxalq təcrübə və normalar nəzərə alınmaqla və eyni zamanda “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş son dəyişikliklərə əsasən 15 mikrona qədər olan polietilen məhsulların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan edilmişdir.
Polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq, resurslardan daha səmərəli istifadəni təşviq etmək məqsədilə beynəlxalq təcrübəyə uyğun bir sıra plastik qablaşdırma vasitələrinin istehsalı və istehlakının mərhələli şəkildə azaldılması və eyni zamanda aparılan qiymətləndirmə göstərir ki, beynəlxalq təcrübədə istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edildikdə bu torbalara tələbat 50-60% azalır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli Qərarında alqı-satqı prosesində mal və məhsulların daşınması üçün təklif olunan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, qalınlığı 15-50 mikron olan yüngül çəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməsini və bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməsi nəzərdə tutur.