İsveç portalı “Diplomatic World Sweden” 20 Yanvar faciəsindən yazıb

İsveç portalı “Diplomatic World Sweden” 20 Yanvar faciəsindən yazıb

İsveçin “Diplomatic World Sweden” saytında 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş məqalə dərc edilib.

“İNFONEWS” AZƏRTAC – a istinadən xəbər verir ki, “Azərbaycan müstəqillik uğrunda mübarizədə əlamətdar tarixə malikdir” sərlövhəli məqalədə dünyanı dəhşətə gətirən qanlı faciədən bəhs olunub. Qeyd edilib ki, sovet qoşunlarının törətdiyi amansız qanlı cinayət nəticəsində 150-yə yaxın insan həlak olub, 744 nəfər ağır yaralanıb, 4 nəfər isə itkin düşüb.

Məqalənin müəllifi Azərbaycan xalqının müstəqilliyinin və suverenliyinin bərpası uğrunda mübarizədə keçdiyi çətin yoldan söhbət açıb. Sonda vurğulanıb ki, Azərbaycanın həmin taleyüklü gecədə həlak olanların xatirəsini bu gün də yad etməsi xalqın müstəqillik və firavanlıq arzusunun əzmindən və möhkəmliyindən xəbər verir.

Qeyd edək ki, “Diplomatic World Sweden” internet saytı İsveçdəki diplomatlar, siyasətçilər, diplomatik korpus və səfirlik əməkdaşları üçün nəşr olunur. Burada, ilk növbədə, müsahibələr, reportajlar, foto və video məzmunlar təqdim edilir, əsas diqqət milli bizneslər, ictimai təşkilatlar və media qurumları ilə tərəfdaşlıqlara, eləcə də yayım və sosial media platformalarına yönəldilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir