Qısametrajlı animasiya filmi beynəlxalq festivalın qalibi olub

Qısametrajlı animasiya filmi beynəlxalq festivalın qalibi olub

“Hədis” qısametrajlı animasiya filmi 14-cü Paris Beynəlxalq Animasiya Film Festivalının (Paris International Animation Film Festival – PIAFF) “Tamaşaçı mükafatı”nı (“Audience Award”) qazanıb.

“İNFONEWS” – un filmin prodüseri Rəşid Ağamalıyevdən əldə etdiyi məlumatına görə, filmin premyerası dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Filmləri Festivalında olub. “Hədis” 38 beynəlxalq festivala qəbul olunub ki, bu festivallardan dördü – Annecy, Busan, Animest və İzmir “Oscar” kvalifikasiyalı festivallardır. Film Türkiyə, Almaniya, İtaliya, Fransa, Qazaxıstan, Gürcüstan, Azərbaycan beynəlxalq kino festivallarında mükafatlar qazanıb.

“Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-ində İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub.

Filmin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, məsləhətçisi Məsud Pənahidir.

“Animafilm studio”sunun istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” onlayn animasiya jurnalı filmə media dəstəyi verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir