QALİB AZƏRBAYCANIN PARLAQ GƏLƏCƏYİ NAMİNƏ SƏS VERƏK! – Aslan ƏZİMZADƏ

QALİB AZƏRBAYCANIN PARLAQ GƏLƏCƏYİ NAMİNƏ SƏS VERƏK! – Aslan ƏZİMZADƏ

“İNFONEWS” təqdim edir:

QALİB AZƏRBAYCANIN PARLAQ GƏLƏCƏYİ NAMİNƏ

Zənnimcə, bu il ölkəmizdə keçiriləcək prezident seçkilərində ölkə başçısı cənab İlham Əliyevin prezident seçiləcəyi ilə bağlı cəmiyyətdə hər hansısa bir sual mövcud deyildir. Təbii ki, bunu səciyyələndirən çox müxtəlif faktorlar vardır. Bunlardan birincisi, Azərbaycanın Şanlı Zəfəri nəticəsində torpaqlarımızın işğaldan azad edilməsidir. 200 il ərzində ilk dəfə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tarixi qələbəyə imza atması danılmaz faktdır.

Digər amil isə, təbii ki, dünya iqtisadiyyatında formalaşan yeni gərginlik nöqtələri çərçivəsində ölkə başçısının regionda sülhün dayanıqlılığın inkişaf etdirilməsi istiqamətindəki siyasi iradəsidir. Belə ki, bu gün faktiki olaraq, Azərbaycanın çox yaxın radiusunda yaranmış və alovlanmış olan münaqişə nöqtələrinin olmasına baxmayaraq ölkəmizdə sabitlik prosesləri və xarici siyasi əlaqələr mütərəqqi formada inkişaf etməkdədir.

Eyni zamanda sözügedən amillərdən ən önəmlilərindən biri də, dünya iqtisadiyyatında dərinləşməkdə olan struktur böhran çərçivəsində nəqliyyat-logistika böhranın formalaşması və nəticə etibarilə istehsal zəncirində yaranmış ciddi problemlərin olması zəminində bir sıra dünya ölkələrinin əsas makroiqtisadi göstəricilərdəki tənəzzülün təşəkkül tapmasına baxmayaraq Azərbaycanda sosial-iqtisadi inkişafın olmasıdır. Bu dayanıqlı inkişaf birbaşa olaraq Cənab Prezident İlham Əliyevin apardığı qətiyyətli və uzaqgörən sosial-iqtisadi islahalatlarının məntiqi nəticəsidir. Belə ki, 2022-ci ildə Azərbaycanda Ümumi Daxili Məhsulun rekord səviyyəsinə çataraq 134 milyon manat olması olduqca önəmli vektor kimi dəyərləndirilməlidir.

Təbii ki, iqtisadiyyatın dayanıqlı inkişafı nəticə etibarilə sosial sahənin inkişafı ilə də nəticələnməkdədir. Belə ki, son illər ərzində ölkədə sosial sahədə aparılan şəffaflaşdırma siyasəti məhz həmin dayanıqlı, effektiv və mütərəqqi sosial islahatların təməlini şərtləndirən magistral istiqamətlərdəndir. Prezident İlham Əliyev tərəfindən 5 il ərzində qəbul edilmiş 4 sosial paket əhalinin rifahının daha da yaxşılaşdırılmasına öz töfhəsini vermişdir. Belə ki, 5 il ərzində minimum aylıq əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılması, eyni zamanda orta aylıq əməkhaqqında 65,3 faiz,  median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, əmək müqavilələrinin sayında 34 faiz və ya 400 mindən çox artımın baş verməsi digər tərəfdən isə  ünvanlı yardımın orta aylıq məbləği 2,9 dəfə artaraq, 150 manatdan 440 manata çatması məhz qəbul edilmiş 4 sosial paketin məntiqi təzahürüdür. Bütövlükdə deyə bilərik ki, qəbul edilən 4 sosial paket faktiki olaraq öz geniş spektrli tətbiq dairəsi ilə şərtlənməkdədir.

Ölkə başçısının siyasətinin effektivliyi göz qabağındadır. Qalib Azərbaycanın parlaq gələcəyi naminə bu gün dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Müzəffər Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləməlidir!

 

 

 

 

 

 

Aslan ƏZİMZADƏ

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “İqtisadiyyat” kafedrasının müəllimi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir