Albaniyanın Britaniyadakı yeni səfirinin qeyri-leqal miqrant olduğu üzə çıxıb

Albaniyanın Böyük Britaniyadakı yeni səfiri Uran Ferizinin 1998-ci ildə Britaniyaya qeyri-leqal miqrant kimi daxil olduğu və öz mənsubiyyəti barədə yalan məlumat verdiyi üzə çıxıb.

“İNFONEWS”-ün “Daily Mail”-a istinadən verdiyi xəbərə görə, Uran Ferizi Britaniyaya yük maşınında gəlib, daha sonra isə Kosovada müharibədən qaçdığını iddia edərək və doğum tarixi barədə yalan məlumat verərək sığınacaq istəyib.

Britaniya hakimiyyət orqanları Uran Ferizinin müraciətini araşdırdığı müddətdə isə o, britaniyalı xanımla evlənməyə vaxt tapıb və nəticədə ölkədə müddətsiz yaşamaq üçün icazə alıb.

Uran Ferizi Oksford Universitetini bitirib, “JP Morgan”-nın London filialında maliyyə analitiki işləyib, ABŞ-da elmi araşdırma aparıb. Heç vaxt diplomatik xidmətdə olmasa da, Uran Ferizi Albaniya hökuməti ilə sıx əlaqədə olub.

Qeyd edilib ki, keçmiş qeyri-leqal miqrant kimi Uran Ferizi Britaniya hökuməti ilə qeyri-leqal miqrasiya məsələsi üzrə əməkdaşlıq etməli olacaq. Çünki Britaniyaya gələn qeyri-leqal miqrantların əhəmiyyətli qismi məhz Albaniyadandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir