Boston Konsaltinq Qrupun (BCG) nümayəndələri UNEC-də infosessiya keçib

Karyera mərkəzinin təşkilatçılığı ilə UNEC SABAH mərkəzinin tələbələri üçün Boston Konsaltinq Qrupun (BCG) nümayəndələri ilə görüş keçirilib.

“İNFONEWS”  xəbər verir ki, Korporativ brendinq və kampuslarda işəqəbul üzrə böyük mütəxəssis Nərgiz Adıgözəlova və məsləhətçi Tomas Taranov tələbələrə Boston Konsaltinq Qrupun yaradılması və fəaliyyəti istiqamətləri, eləcə də şirkətin qlobal funksional və sənaye təcrübəsi və mədəniyyəti, işə qəbul prosedurları, təcrübə proqramı barədə məlumat veriblər. Tomas Taranov karyerasını strateji konsaltinqdə qurmaq arzusunda olan tələbələrə bu sahədə öz təcrübəsini bölüşüb və peşəkar məsləhətçi olmaq üçün lazım olan bacarıqlardan danışıb.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir