Çilidə 5,7 maqnitudalı zəlzələ olub

Çili sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib.

“İNFONEWS” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.

Bildirilir ki, yeraltı təkanların episentri 238 min insanın yaşadığı Temuko şəhərindən 101 kilometr şimal-qərbdə olub.

Zəlzələ ocağı yerin 19 kilometr dərinliyində yerləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir