Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində ilk plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.
“İNFONEWS” -ün xəbərinə görə, layihəyə əsasən, İntizam komissiyasının tərkibinin aşağıdakı kimi formalaşdırılması təklif edilib:
1. Ağamalı Fəzail Rəhim oğlu
2. Həsənov Nurlan Urfan oğlu
3. Həsənova Afət Əbil qızı
4. İbrahimqızı Məlahət İbrahim qızı
5. İbrahimov Eldar Rza oğlu
6. Qafarov Kəmaləddin Nəsrəddin oğlu
7. Məhəməliyev Nəsib Məhəmməd oğlu
8. Məmmədov Hikmət Baba oğlu
9. Məmmədov Məşhur Şahbaz oğlu
10. Möhbalıyev Səttar Suliddin oğlu
11. Səfərov Nizami Abdulla oğlu
Beləliklə, İntizam komissiyasında mərhum deputat Madər Musayevi Kəmaləddin Qafarovun əvəzləməsi təklif edilib.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.