Zəfər, İnkişaf və Rifahın qarantına səs verək! – Yalçın KÖÇƏRLİ
“İNFONEWS” təqdim edir:
AZƏRBAYCAN TARİXİNƏ ÖZ ADINI TARİXİ ZƏFƏRİN MEMARI OLARAQ ƏBƏDİ YAZAN
Qalib Xalqın Qalib Lideri – İLHAM ƏLİYEV!
Ali Baş Komandan İlham Əliyevin iradəsi ilə qəhrəman ordumuz cəmi 44 gün ərzində 30 illik erməni işğalına son qoymaqla, gələcəyimizə işıq salan böyük Qələbəyə imza atdı. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilərək, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. 44 gün ərzində bütün dünya Azərbaycanı yenidən tanıdı, onun müdrik rəhbərinin yenilməzliyinə şahidlik etdi.
İlham Əliyevin erməni işğalçılığına qarşı mübarizəsi respublikamıza rəhbərliyinin ilk günündən başlamışdı. “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”- deyə İlham Əliyev hələ Prezident kimi fəaliyyətə başladığı 2003-cü ildə andiçmə mərasimində bildirmişdi. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoymaqla, özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.
2003-cü ildən başlayaraq 2023-cü ilədək Dövlət büdcəsinin gəlirləri 1220.9 mln. manatdan 29.1 dəfə artaraq 35574.8 mln. manata çatmışdır. Strateji valyuta ehtiyatları 1.6 mlrd. ABŞ dollarından 42.8 dəfə artaraq 68.5 mlrd. ABŞ dolları təşkil etmişdir. Ümumi Daxili Məhsul 7.1 mlrd. manatdan 123 mlrd. manata yüksəlmişdir. Dövlətin sosial yönümlü xərcləri 678 mln. manatdan 19.3 dəfə artaraq 13.1 mlrd. manata çatmışdır. Minimum əmək haqqı 9 manatdan 38 dəfə artaraq 345 manata çatdırılmışdır. Şəhid ailəsi üçün təqaüdlərin aylıq məbləği 2007-ci ildən 100 manatdan 6 dəfə artaraq 600 manat təşkil etmişdir. Dövlət büdcəsinin təhsil xərcləri 235 mln.manatdan 17.6 dəfə artaraq 4124.4 mln. manat təşkil etmişdir. Daima öz çıxışlarında “Sözümüz imzamızdır!” şüarı ilə çıxış edən Ali Baş Komandan İlham Əliyev Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirməyi, tərəqqini, yenilməzliyi, təhlükəsizliyi, zəfərlərə davamı bir çox ölkələrə nümunə kimi qeyd edir. 7 fevral 2024-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərində hər birimiz Yeni Azərbaycan Partiyasının vahid namizədi kimi zəfər, inkişaf və rifahın qarantı, sözünə sadiq, etimada layiq İlham Əliyevə səs verəcəyik.
Yalçın KÖÇƏRLİ
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Distant, Qiyabi və Əlavə təhsil Mərkəzinin Qiyabi təhsil şöbəsinin müdiri
YAP Səbayel rayon Təşkilatının “İstiqlaliyyət 6” ünvanı üzrə sədr müavini