Liviyalı diplomat Zəngilandakı məsciddə namaz qıldı
“İNFONEWS” xəbər verir.
Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri işğaldan azad olunmuş Cəbrayıl və Zəngilana səfər ediblər.
Xarici diplomatlar ermənilər tərəfindən dağıdılmış Zəngilan məscidinə baş çəkiblər.
Liviyalı diplomat Əşrəf Adəm dağıdılmış məscidin ərazisində namaz qılıb.