“Xudafərin körpüsünün təmirinə başlana bilər”
“İNFONEWS” xəbər verir.
İşğaldan azad edilmiş ərazilərdə səfərdə olan diplomatik korpus – səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri Xüdafərin körpüsündə olublar.
Diplomatlara Ermənistanın işğal siyasəti barədə məlumatlar verilib.
Səfər çərçivəsində Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycanla İran Xudafərin körpüsünün təmirinə başlaya bilər.
O xatırladıb ki, işğaldan azad edilən ərazilərdə yenidənqurma işləri həyata keçirir. H.Hacıyev qeyd edib:
Bu xüsusda İranla dağıdılmış kommunikasiya xətləri bərpa oluna bilər.