ABŞ-ın keçmiş prezidenti “Netflix”lə işləyəcək

ABŞ-ın keçmiş prezidenti “Netflix”lə işləyəcək

“İNFONEWS” xəbər verir.

ABŞ-ın sabiq Prezidenti Barak Obama və həyat yoldaşı Mişel tərəfindən qurulan “Supreme Ground Productions” şirkəti “Netflix”lə birlikdə altı yeni layihə üzərində işə başlayacaq.

Gələcək məhsullar haqqında məlumat şirkətin rəsmi saytında dərc edilib. Plana əsasən layihələrin həyata keçirilməsi bir neçə il çəkəcəkdir.

Cütlük bir sıra sənədli filmlər, bir serial və dörd tammetrajlı bədii film yaratmaq üçün “Netflix” ilə əməkdaşlıq edəcək.

Filmlər melodrama, tərcümeyi-hal və fantastika janrlarında olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir