Afrika Millətlər Kubokunda yarımfinal cütləri bəlli olub

Futbol üzrə Afrika Millətlər Kubokunda yarımfinal cütləri bəlli olub.

“İNFONEWS” xəbər verir ki, son olaraq Cənubi Afrika seçməsi 1/4 finalda “Qarabağ”ın futbolçusu Patrik Andradenin şərəfini qoruduğu Kabo-Verde millisi ilə üz-üzə gəlib.

Əsas və əlavə vaxtı qolsuz başa çatan qarşılaşmanın penaltilər seriyasında (2:1) daha dəqiq oynayan Cənubi Afrika yığması növbəti raunda vəsiqə qazanıb.

Afrika Millətlər Kuboku
Yarımfinal

7 fevral
21:00. Nigeriya – Cənubi Afrika
00:00. Kot-d’İvuar – Konqo DR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir